"Çox xoşbəxtəm, burada gözəl işlərə imza atmaq istəyirəm"
"Burada gözəl işlərə imza atmaq istəyirəm. Bunun üçün çox çalışacağam".
Mediasport.az xəbər verir ki, bu sözləri Türkiyənin 1-ci Liqa klubu "Manisa"ya transfer edilən Sərtan Taşqın deyib.
"Tuan Tovuz"dan ayrılaraq Türkiyə təmsilçisi ilə 1.5 illik müqavilə bağlayan 26 yaşlı müdafiəçi keçidi haqda danışıb.
U-21 millimizin sabiq üzvü xoşbəxt olduğunu deyib.