Mutu narazıdır - Qara Qarayevin Türkiyəyə aparılmamasının SƏBƏBİ!

Mutu narazıdır - Qara Qarayevin Türkiyəyə aparılmamasının SƏBƏBİ!

"Neftçi"nin baş məşqçisi Adrian Mutu yeni transferlərdən yalnız Qara Qarayevdən narazıdır.

mediasport.az saytına daxil olan məlumata görə, rumıniyalı mütəxəssis optimal formada olmalı olan təcrübəli yarımmüdafiəçinin performansından şikayətçidir.

31 yaşlı futbolçu məhz buna görə Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Beşiktaş"la cavab oyunu üçün İstanbula yollanan qafilədə yer almayıb. Baş məşqçi Qaraya Bakıda qalmasını və davamlı məşqt etməsini istəyib.

Qeyd edək ki, "ağ-qaralar" daya qyarımmüdafiəçisi ilə 2+1 şərtli müqavilə bağlayıblar.