"Sabah"ın 13 yaşlıları İtaliyadakı turnirə qələbə ilə başlayıblar

  "Sabah"ın 13 yaşlıları İtaliyadakı turnirə qələbə ilə başlayıblar

İtaliyada keçirilən "Ravenna Cup" beynəlxalq turnirində mübarizə aparan "Sabah"ın 13 yaşadək futbolçulardan ibarət komandası ilk matçında qələbə qazanıb.

Mediasport.az xəbər verir ki, təmsilçimiz "Zambra Kalsio"nu məğlub edib - 2:0.

Nasir Nəsirlinin komandası turnirdə İtaliyanın "Piza", "Rosina", həmçinin Lüksemburqun "Benfika Eskola" klubları ilə bir qrupda yarışır.