Klubların yeni reytinqi açıqlandı: "Qarabağ" cədvəldə 3 pillə gerilədi

Klubların yeni reytinqi açıqlandı: "Qarabağ" cədvəldə 3 pillə gerilədi

Avrokuboklarda son turun görüşləri başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb.

Mediasport.az xəbər verir ki, Norveçdə "Budö Qlimt"i məğlub edən "Qarabağ" (1:2) 32,000 xalla 61-ci pillədə qərarlaşıb.

Ötən ay 58-ci yerə şərik olan "köhlən atlar" üç addım geriləyib. "Qalatasaray", "Ferentsvaroş" və "Seltik" təmsilçimizi geridə qoyub.

Ağdam təmsilçisi "Aston Villa", "Olimpik" (Lion), "Sparta", "Viktoriya" (Plzen), "Frayburq" kimi komandalardan öndədir.

"Neftçi" 8,000 xalla 171-ci, "Zirə", "Sabah", "Sumqayıt" 4,000 xalla 310-cu, "Qəbələ", "Şamaxı" 3,925 xalla 323-cü pillədə yer alıb.

Siyahıya 134,000 xala malik "Mançester Siti" başçılıq edir.