DÇ-2022: İran möhtəşəm oyunla Uels üzərində inamlı qələbə qazandı

DÇ-2022: İran möhtəşəm oyunla Uels üzərində inamlı qələbə qazandı

Dünya Kubokunun final mərhələsinin oyunları davam edir.

mediasport.az xəbər verir ki, günün ilk görüşü çərçvəsində B qrupunda Uels və İran milliləri qarşılaşıb.

100 dəqiqə dramatik tərzdə davam edən matçda britaniyalılardan aşkar üstün oyun nümayiş etdirən Karluş Keyruşun komandası əsas vaxta əlavə olunmuz dəqiqələrdə iki qol vuraraq mundialda tarixi qələbəni rəsmiləşdirdilər - 2:0.

Bu qalibiyyət İran yığmasının qrupun son turu çərçivəsində ABŞ-yə qarşı keçirəcəyi qarşıdurmanın əhəmiyyətini, gərginliyini də birə-min artırmış olacaq.