DÇ-2022-nin ən yaxşı qolu seçildi
Dünya Kuboku-2022-nin ən yaxşı qolu müəyyənləşib.
mediasport.az xəbər verir ki, qalib Braziliya yığmasının hücumçusu Rişarlison olub.
25 yaşlı futbolçunun qrup mərhələsinin birinci turu çərçivəsində Serbiya millisinin qapısına vurduğu qol ən yaxşı seçilib.
"Sambaçı" səsvermədə həmyerlisi Neymar, Səudiyyə Ərəbistanı millisindən Salem Əl-Davsari, Niderlanddan Kodi Qakpo, Argentinadan Enso Fernandes, Kamerundan Vensan Abubakar, Meksikadan Luis Çaves, Fransadan Kilian Mbappei və Cənubi Koreyadan Pek Sın Xonu qabaqlayıb.