Fransa, Yunanıstan və Bosniya və Herseqovina - AÇ-də rəqiblərimiz

Fransa, Yunanıstan və Bosniya və Herseqovina - AÇ-də rəqiblərimiz

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsindəki rəqibləri bəlli olub.

mediasport.az xəbər verir ki, yığma Bosniya və Herseqovina, Yunanıstan və Fransa ilə üz-üzə gələcək.

Bu raundun görüşləri 21 - 26 martda baş tutacaq. Avropa çempionatın final mərhələsi 2023-cü ildə Xorvatiyanın Poreç şəhərində olacaq.