Azərbaycan çempionu Serbiya millisinin üzvünü gətirdi - RƏSMİ
Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalara başlayıb.
Klubdan "MediaSport"a verilən məlumata görə, ölkə çempionunun mövsümlərarası fasilədə ilk transferi serbiyalı olub.
Ninoslav Aleksiç qarşıdakı 1 il ərzində “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq. Serbiya millisinin də üzvü olan 28 yaşlı forvardın son klubu ölkəsində “Ekonomaç” olub.