DÇ-2024: Bu futzalçı yığmanın heyətindən kənarlaşdırılıb
Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 20-də Bakı İdman Sarayında Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığı bərpa edib.
Mediasport.az xəbər verir ki, heyətdə zədəli və cəzalı futzalçı olmasa da, dəyişiklik edilib.
2 gün əvvəl Rumıniyaya məğlub olan heyətdə meydana çıxmış İsa Atayev komandadan kənarlaşdırılıb. Onun əvəzinə düşərgəyə Maneka cəlb olunub.
Hücumçu hazırda Macarıstanın “Studio Futzal Nyireqaza” klubunda çıxış edir.
Niderlandla oyun saat 18:30-da start götürəcək.