U-19-un oyununda 9 qol
Futzal üzrə Yüksək Liqada IV tura 2 oyunla start verilib.
mediasport.az xəbər verir ki, “Olimpik Star”da baş tutan turun mərkəzi matçında “Record club” və “Baku Fire” qarşılaşıb. Qələbə qazanan “Baku Fire” turnir cədvəlində bir pillə irəliləyib.
Digər oyunda "Alyans"la U-19 üz-üzə gəlib. Ağatahir Əzimovun başçılıq etdiyi 19 yaşlılar məğlubiyyətdən qaça bilməyib. Bu, “Alyans”ın cari mövsümdə ilk qələbəsi olub.
Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” Qazaxıstanın “Kayrat” klubuyla Bakıda yoldaşlıq oyunları keçirəcəyinə görə, “Neftçi” İK ilə görüş qeyri-müəyyən vaxta təxirə salınıb.
Yüksək Liqa. 4-cü tur
"Alyans" (Lənkəran) – U-19 5:4
Qollar: Mojtaba Əsədi, 11:31, Tural Lətifov, 16:46, 18:13, 23:32, Fərid Abbasov, 35:50-öz qapısına - Elşən Mahmudov, 3:04, Şahbaz Həndəmli, 34:43, 36:00, 37:22
"Record" - "Baku Fire" 1:4
Qollar: Mətin Qəhrəmani, 18:05 - Sorouş Heydəri, 10:03, 23:12, 32:06, Elvin Quliyev, 39:36.