Yığma komandamız FİFA-nın reytinqində 29-cu pillədə qərarlaşıb

Yığma komandamız FİFA-nın reytinqində 29-cu pillədə qərarlaşıb

FİFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını açıqlayıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığma komandası sıralamada 29-cu pillədə qərarlaşıb.

Vitali Borisovun baş məşqçisi olduğu kollektivin aktivində 1139,38 xal var.

Siyahıya 1568,41 xalla Braziliya seçməsi başçılıq edir.

Portuqaliya (1527,61) ikinci, İspaniya (1514,42) üçüncüdür.