"Azərbaycan millisinin legionerlərini də analiz etmişik - Sergey Kleşenko

"Azərbaycan millisinin legionerlərini də analiz etmişik - Sergey Kleşenko

Noyabrın 16-da Azərbaycan yığması ilə beynəlxalq yoldaşlıq görüşü çərçivəsində qarşılaşacaq Moldova millisinin baş məşqçisi Sergey Kleşenko yoxlama matçı barədə fikirlərini paylaşıb.

mediasport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Azərbaycan millisinin əsasının “Qarabağ”ın futbolçularından təşkil olunduğunu deyib.

- Azərbaycan yığması, demək olar, avrokuboklarda uğurlu çıxış edən və özünü yaxşı tərəfdən göstərən "Qarabağ"ın futbolçularından formalaşıb. Üstəlik, onların legionerlərini də analiz etmişik. InStat-dakı tərəfdaşlarımızdan əlavə məlumat alaraq, rəqibin heyəti haqda kifayət qədər yaxşı təhlil apardıq. Prinsipcə, məşqçilər korpusu Azərbaycanla oyuna hazırdır və indi bizim vəzifəmiz məlumatlarımızı futbolçulara çatdırmaqdır.