Dünya çempionu 8 dəqiqəyə komandasına kubok qazandırdı
Futbol üzrə İtaliya Kuboku yarışlarında 2022/2023-cü illər mövsümünü qalibi məlum olub.
mediasport.az xəbər verir ki, həlledici görüşdə "Fiorentin" ilə "İnter" qarşılaşıb.
UEFA Çempionlar Liqasının da finalına vəsiqə qazanmış Milan təmsilçisi ilk hissədə vurduğu iki qolla kuboku muzeyinə aparıb - 2:1. Romadakı "Olimpiko" stadionunda "nerazzuri"nin qələbəsini son dünya çempionu Lautaro Martinezin 8 dəqiqəyə reallaşdırdığı dublu təmin edib.
Ardıcıl ikinci mövsüm bu uğura imza atan Simone İnzaginin komandası ümumilikdə doqquzuncu dəfə İtaliya Kubokunu qazanıb.