Türkiyə klubları avrokuboklarda tarixi rekorda imza atdılar
Türkiyə klubları cari mövsüm avrokuboklarda tarixi rekorda imza atıblar.
Mediasport.az xəbər verir ki, bu uğuru “Qalatasaray” UEFA Çempionlar Liqasında, “Fənərbağça”, “Beşiktaş” və “Adana Dəmirspor” isə Avropa Konfrans Liqasında göstərdikləri nəticələrlə rəsmliəşdiriblər.
Bu komandalar qrupa qədər keçirdikləri oyunlarda ümumilikdə 20 qələbə qazanıblar. Avrokubok tarixində heç bir ölkə təmsilçiləri təsnifat mərhələlərində bu nailiyyətə imza ata bilməmişdilər. “Fənərbağça” və “Beşiktaş” 6, “Qalatasaray” 5, “Adana Dəmirspor” isə 3 matçda qqalib gəlib.