1/4 finalın bütün iştirakçıları müəyyənləşdi - Çempionlar Liqası

1/4 finalın bütün iştirakçıları müəyyənləşdi - Çempionlar Liqası

Dünən keçirilən son 2 matçla futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

mediasport.az xəbər verir ki, beləliklə, 1/4 finalın bütün iştirakçıları müəyyənləşib.

"Real" (Madrid)", "Napoli", "Bavariya", "Benfika", "Çelsi", "Mançester Siti", "Milan" və "İnter" 1/4 finalda mübarizə aparacaqlar.


UEFA Çempionlar Liqası. 1/8 final mərhələsi. Cavab oyunarı


"Real" (İspaniya) - "Liverpul" (İngiltərə) 1:0

Qol: Kərim Benzema, 79.

Baş hakim: Feliks Şvayer (Almaniya)

Madrid, "Santyaqo Bernabeu" stadionu. İlk oyun - 5:2.


"Napoli" (İtaliya) - "Ayntraxt" (Almaniya) 3:0

Qollar: Viktor Osimhen, 45+2; 53. Pyotr Zelinski, 64-pen.

Baş hakim: Entoni Teylor (İngiltərə)

Neapol, "Dieqo Armando Maradona" stadionu. İlk oyun - 2:0.