Nazir “Heydər zirvəsi”nə qalxdı
Gənclər və idman naziri Fərid Qayıbov Şahdağ Milli Parkına daxil olan “Heydər zirvəsi”nə qalxıb.
Mediasport.az xəbər verir ki, naziri Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlu müşayiət edib.
Yürüş Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə baş tutub.
Qeyd edək ki, "Heydər zirvəsi" Quba rayonunun Xınalıq kəndi Yaxınlığında Qızılqaya silsiləsinin üzərində yerləşir. Yüksəkliyi 3751 metrdir. Zirvəyə 1997-ci ildə Ümumilli Liderin adı verilib.