Azərbaycanın Elit hakimlərinə fiziki hazırlıq məşqləri təşkil olunub
Azərbaycanın Elit kateqoriyalı hakimləri üçün fiziki hazırlıq məşqləri təşkil olunub.
Mediasport.az xəbər verir ki, iyulun 8-dən başlayan hazırlıq həftədə dörd dəfə olmaqla cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzinin meydanında keçirilir.
Hazırkı mərhələdə məşqlər ümumi funksional səviyyənin artırılmasına, dözümlülüyün bərpa olunmasına və hakimlərə xas olan spesifik hərəkətlərə yönəlib.
Məşqlərə Hakimlər Departamentinin fitnes məşqçisi Namiq Quliyev və Hakimlər Departamentinin köməkçi fitnes məşqçisi Rüstəm Rüstəmli rəhbərlik edirlər.