"Sabah"dan ayrılan Coy-Lens Mikelsin 1-ci Liqa klubuna keçidi rəsmiləşdi
"Sabah"dan ayrılan Coy-Lens Mikels Səudiyyə ərəbistanının "Əl-Faysalı" klubu ilə rəsmi müqavilə bağlayıb.
mediasport.az xəbər verir ki, 2021-ci ildən Masazır klubunda forma geyinmiş almaniyalı forvard 1-ci Liqa təmsilçisi ilə 2 illik müqaviləyə qol çəkib.
Məlumata əsasən, ərəblər hücumçuya illik 700 min dollar ödəyəcəklər.
Mikels "Sabah"ın heyətində 69 oyun keçirib, 33 qol vurub.