"Sabah"ın əsas üzvü: "Qarabağ"la bərabərlik də, məncə, yaxşı nəticədir"
"Həftəboyu bu oyuna ciddi hazırlaşırdıq. Komandamız qələbəyə köklənmişdi, belə alındı. Hər iki tərəfin qol vurmaq imkanı olsa da, şanslar gətirmədi".
Bu sözləri mediasport.az saytına açıqlamasında "Sabah"ın əsas qapıçısı Yusif İmanov deyib.
Premyer Liqanın 14-cü turunun "Qarabağ"la görüşü (0:0) haqda fikirlərini bölüşən gənc qolkiper çempionluq marafonunun hələ uzun davam edəcəyini deyib:
- Bərabərlik də, məncə, yaxşı nəticədir. Azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirdik. Onlar bu gün stadionda əl ab-hava yaratmışdılar. Arzu edirəm ki, çempionatımızın bütün oyunları belə keçsin. Çempionluq mübarizəsinə gəlincə, yarışın başa çatmasına hələ çox oyun var, heç nə bitməyib, heç nə itirilməyib. Sona qədər bütün matçlara ciddi motivasiya ilə hazırlaşıb yalnız qalib gəlmək üçün çıxacağıq.