AFFA rəqibin ayağını sındıran futbolçunu diskvalifikasiya edib

AFFA rəqibin ayağını sındıran futbolçunu diskvalifikasiya edib

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində "Sumqayıt"ın legioneri Kristian Velinovskiyə qarşı aşkar kobud oynayaraq rəqibin ayağını sındıran "Lerik"in oyunçusu cəzalandırılıb. 

Mediasport.az xəbər verir ki, AFFA İntizam Komitəsi Rahid Ağazadəyə bütün turnirlər daxil olmaqla 6 matçlıq diskvalifikasiya verib.

Lerik təmsilçisi 300 manat da cərimə ödəyəcək.

Qeyd edək ki, Velinovski məşqlərə 3-4 aydan sonra başlayacaq. Qarşılaşma "Sumqayıt"ın 6:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.