Əliyar Ağayev AÇ-2024-ün seçmə mərhələ oyununa təyinat alıb
FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
Mediasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ədalət təmsilçisi noyabrın 17-də AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Finlandiya - Şimali İrlandiya görüşünü idarə edəcək.
36 yaşlı referiyə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri qismində kömək göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR-da isə Cavid Cəlilov olacaq.
Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.