AFFA bölgə klubunun şikayətini qismən təmin etdi - 150 manatlıq cərimə isə qüvvədə saxlanıldı
AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Mediasport.az xəbər verir ki, qurum 1-ci Liqada yarışan "İmişli"nin şikayətinə baxıb.
20-ci tur çərçivəsində “Mingəçevir”lə səfər görüşünün (0:1) 80-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan Gilyerme Silvanın 2 oyunluq cəzası və klubun 150 manat cərimə edilməsi müzakirə olunub.
Futbolçu barəsində tətbiq olunan 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni, 1 matçlıq diskvalifikasiya şərti tətbiq ediləcək.
Ona 3 ay sınaq müddəti verilib. Bölgə klubuna verilən cərimə isə qüvvədə qalıb.