Əliyar Ağayev Avropa çempionatının oyunlarını idarə edəcək
Azərbaycanın futbol üzrə FİFA referisi Əliyar Ağayevə UEFA-dan yeni təyinat gəlib.
mediasport.az xəbər verir ki, 36 yaşlı hakim 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının final mərhələsinin görüşlərində ədaləti qoruyacaq.
Ağayev Gürcüstanda keçiriləcək "A" və "C" qruplarının qarşılaşmalarını idarə edəcək. "A" qrupunda Gürcüstanla yanaşı, Portuqaliya, Niderland və Belçika, "C" qrupunda isə İngiltərə, Almaniya, Çexiya və İsrail yığmaları yer alıblar.
Qitə birinciliyinin matçları iyunun 21-dən iyulun 8-dək Gürcüstan və Rumıniyada təşkil olunacaq.