Azərbaycan klubu məşhur PSJ ilə eyni yarışda iştirak edəcək

Azərbaycan klubu məşhur PSJ ilə eyni yarışda iştirak edəcək

"Zəngəzur" uşaq futbol klubu Yunanıstanın paytaxtı Afinada keçiriləcək "Elite Neon Cup 2023" turnirində çıxış edəcək.

Mediasport.az xəbər verir ki, təmsilçimiz 27-29 oktyabrda 10-12 yaşadək futbolçulardan ibarət komandaların yarışında mübarizə aparacaq.

Azər Cabbarovun rəhbərlik etdiyi komanda C qrupunda Rumıniyanın "Styaua", Kosovonun "Drita", Yunanıstanın "Panatinaikos", "Makedonikos" və "Agia Anna" kollektivləri ilə yarışacaq.

Turnirdə Danimarka, Fransa, Rusiya və digər ölkələrin klubları da iştirak edəcək. İştirakçılar arasında məşhur PSJ, "Spartak" (Moksva) kimi klublar da yer alıblar.

Təmsilçimiz oktyabrın 25-i axşam saatlarında yola düşəcək.

Qeyd edək ki, bu yarışda Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund), İtaliyanın "Yuventus", İngiltərənin "Liverpul" və "Mançester Siti" kimi tanınmış klublarının akademiyaları da iştirak ediblər.