Əliyar Ağayev Rumıniya yığmasının oyununda baş hakim olacaq
FİIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.
Mediasport.az xəbər verir ki, ədalət təmsilçisi UEFA Millətlər Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Kosovo – Rumıniya qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 6-da Priştina şəhərində yerləşən “Stadiumi Fadil Vokrri”də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.