"Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq"
"Düşünürəm ki, çətin qrupa düşdük. Maraqlı qrupdur".
Mediasport.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis UEFA Millətlər Liqasının püşkatmasını şərh edib:
"Həmin yığmaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu edirəm".
Qeyd edək ki, Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya yığmaları ilə qarşılaşacaq.