"Şamaxı" Bayılda "Səbail"lə üz-üzə, "Araz-Naxçıvan" isə "Sabah"a qarşı

"Şamaxı" Bayılda "Səbail"lə üz-üzə, "Araz-Naxçıvan" isə "Sabah"a qarşı

Azərbaycan Premyer Liqasında birinci dövrənin sonuncu - 9-cu turunun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.

Mövsümün sürpriz komandası "Şamaxı" Bayılda "Səbail"lə üz-üzə gələcək.

Lider "Qarabağ"ın ən yaxın izləyicisi "Araz-Naxçıvan" Masazırda "Sabah"ın qonağı olacaq.

Turun açılış matçında uğursuzluq zolağından çıxa bilməyən "Neftçi" autsayder "Kəpəz"ə uduzub.

Azərbaycan Premyer Liqası. 9-cu tur

5 oktyabr

17:00 "Səbail" - "Şamaxı"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

"ASCO Arena".

19:30 "Sabah" - "Araz-Naxçıvan"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev.

VAR: Rauf Cabarov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

"Bank Respublika Arena".