MOİK-i məğlub edən "Şamaxı" 2-ciliyə yüksəlib, lider yerini qoruyub

MOİK-i məğlub edən "Şamaxı" 2-ciliyə yüksəlib, lider yerini qoruyub

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 12-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib.

Turun mərkəzi görüşü "Şamaxı" ilə MOİK arasında olub. Ramiz Məmmədovun baş məşqçisi olduğu bölgə təmsilçisi "həbrçilər"i məğlub edərək turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Çempionluğa əsas iddialılardan "Qaradağ Lökbatan" isə "Difai Ağsu"nun qapısından 5 top keçirərək liderliyini qoruyub.

Turun əvvəlki qarşılaşmalarında İmişli" - "Mingəçevir"lə bərabərə qalıb (0:0), "Araz Saatlı" evdə "İrəvan"a (1:2), "Karvan" isə "Zaqatala"ya uduzub (0:2).


Azərbaycan 1-ci liqası. 12-ci tur


"Qaradağ Lökbatan" - "Difai Ağsu" 5:2

"Şamaxı" - MOİK 2:0



1 Qaradağ Lökbatan 12 8 3 1 22-7 27
2 Şamaxı 12 6 4 2 28-13 22
3 MOİK 12 6 4 2 20-11 22
4 İmişli 12 5 5 2 17-7 20
5 İrəvan 12 6 2 4 18-12 20
6 Karvan 12 5 3 4 21-15 18
7 Zaqatala 12 4 4 4 16-17 16
8 Mingəçevir 12 4 2 6 11-19 14
9 Difai Ağsu 12 1 1 10 8-29 4
10 Araz Saatlı 12 1 0 11 8-39 3


Bombardirlər:

Elşad Tağıyev ("Şamaxı") - 11 qol

Emin Zamanov ("Şamaxı") - 7 qol

Peter Kinqs ("Karvan") - 6 qol

İsa Zeynallı (MOİK) - 6 qol

Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 6 qol

Xəzər Mahmudov ("İmişli") - 5 qol

Cəlal Cəbrayılov ("Şamaxı") - 5 qol