Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı - DÇ-2023

Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı - DÇ-2023

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan Dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

MediaSport.az xəbər verir ki, komanda Moldova yığması ilə üz-üzə gəlib. “Su İdman Sarayı”nın çimərlik futbolu meydançasında təşkil olunan matç rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan yığmasından qolları 7-ci dəqiqədə Elçin Qasımov və 33-cü dəqiqədə Tural Qürbətov vurublar.

"A" qrupunun digər görüşündə İtaliya Estoniyanı məğlub edib - 3:1.