Əliyar Ağayevin Çempionlar Liqasında səhvini VAR düzəltdi

Əliyar Ağayevin Çempionlar Liqasında səhvini VAR düzəltdi

Azərbaycanın FİFA hakimi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçını idarə edib.

Mediasport.az az xəbər verir ki, 37 yaşlı referi 4-cü turun “Bolonya” (İtaliya) - “Monako” (Fransa) qarşılaşmasında əsas söz sahibi olub.

Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər, dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.

Matçın VAR hakimləri kimi Almaniyadan Paskal Müller və Kristian Dingert işləyiblər.

Görüşün 19-cu dəqiqəsində fransızlar qayda pozuntusundan sonra fərqlənsələr də, VAR-ın epizoda müdaxiləsindən sonra qol qeydə alınmayıb.

Ağayev meydan sahiblərinin 3, qonaqların 2 futbolçusuna sarı vərəqə göstərib.

Duel "Monako"nun qələbəsi ilə yekunlaşıb - 1:0.