Renat Dadaşovlu "Hatayspor" qələbə hesabını əldən verib

 Renat Dadaşovlu "Hatayspor" qələbə hesabını əldən verib

Futbol üzrə Türkiyə Superliqasında 20-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" "Pedikspor"u qəbul edib.

Yığmamızın forvardının 61 dəqiqə meydanda olduğu görüşdə qalib müəyyənləşməyib - 1:1.

Dadaşovun komandası qələbəni 90+4-cü dəqiqədə əldən verib.

Volkan Dəmirəlin baş məşqçisi olduğu kollektiv xal ehtiyatını 21-ə çatdırıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.