Kikboksçularımızdan Avropa çempionatında 63 medal

Kikboksçularımızdan Avropa çempionatında 63 medal

Azərbaycan kikboksçuları WAKO versiyası üzrə Avropa çempionatında uğurla çıxış ediblər.

Mediasport.az xəbər verir ki, idmançılarımız Türkiyənin İstanbul şəhərində keçirilən yarışda ikisi qızıl, biri gümüş və üçü bürünc olmaqla 6 medal qazanıblar.

Azərbaycan idmançılarından Kənan Cəfərli (57 kq) loukik versiyasında qızıl medal qazanıb. Eyni versiyada çıxış edən Ramal Həsənli (81 kq) də birinci yeri tutub. Fulkontakt növündə mübarizə aparan Əli Əmirli (48 kq) turniri gümüş medalla tamamlayıb.

Azərbaycanın daha 3 idmançısı - Rinat Qiyasov loukik, Bilal Nuriyev fulkontakt, Tahir Abdullayev isə kik-layt versiyasında bürünc medalın sahibi olublar.

Qeyd edək ki, E.Məmmədov və köməkçisi A.Mehdiyev WAKO versiyası üzrə kikboksinq təşkilatı tərəfindən yaxşı məşqçiliyə görə mükafatlandırılıblar.

Azərbaycan Kikboksinq Federasiyası yarışda ümumilikdə 63 medal (16 qızıl, 16 gümüş, 31 bürünc) qazanaraq 7-ci olub.