"Yay Olimpiya Oyunlarında da yeni tarix yazacağıma söz verirəm"
“Güclü rəqiblərlə qarşılaşdım. Hamısını məğlub etdim. Bura gələndə söz vermişdim ki, lisenziyanı qazanacam. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etdim”.
Mediasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin boksçusu Malik Həsənov (63,5 kq) deyib.
Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində tapşırığın öhdəsindən gələn idmançımız sevincini bölüşüb:
"Mənə dəstək olan bütün bokssevərlərə və Azərbaycan xalqına təşəkkür edirəm. Sözümə sadiq qaldım. Paris-2024 Yay Olimpiya Oyunlarında da yeni tarix yazacağıma söz verirəm. Gözlə məni, Paris!”.