Milli komandamız Macarıstanda beynəlxalq turnirdə iştirak edəcək

Milli komandamız Macarıstanda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın gənclərdən ibarət boks millisi Macarıstanda beynəlxalq turnirdə iştirak edəcək.

Mediasport.az xəbər verir ki, yeniyetmə və gənc boksçular arasında baş tutacaq yarışda baş məşqçi Elbrus Rzayev Tağı Nəsibov (60 kq), Abbasqulu Şadlinski (71 kq), Hüseyn Hüseynli (80 kq) və Ruslan Qəhrəmanova (86 kq) şans verəcək.

Final döyüşləri mayın 17-də keçiriləcək.