Estoniya millisinin kapitanından azyaşlı azarkeşə hədiyyə - FOTO

Estoniya millisinin kapitanından azyaşlı azarkeşə hədiyyə - FOTO

AÇ-2024-ün seçmə qrup mərhələsinin "Dalğa Arena"da keçirilən Azərbaycan - Estoniya oyunundan sonra maraqlı görüntü diqqətimizdən qaçmayıb.

MediaSport.az saytının Mərdəkanda olan əməkdaşı xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra qonaqların kapitanı Konstantin Vasilyev azərbaycanlı azarkeşə jest edib.

39 yaşlı veteran futbolçu görüşdə geyindiyi formanı azyaşlıya hədiyyə edib.