Məşhur azərbaycanlı futbolçu Afrikada iftar süfrəsi açdırıb
Azərbaycan milli komandasının məşhur futbolçusu Zaur Ramazanov təqdirəlayiq addım atıb.
Mediasport.az xəbər verir ki, futbol tariximizin ən güclü hücumçularından olmuş eks "Xəzər Lənkəran"lı Afrika qitəsində iftar süfrəsi açdırıb.
Veteran futbolçu şəxsi vəsaiti hesabına Kamerunda yaşayan müsəlman uşaqlarını biraraya toplayaraq onları sevindirib.
Qeyd edək ki, Ramazanov bu tip xeyriyyə işlərini bir neçə ildir həyata keçirir.