Əvvəl Qurbanov, sonra Miçel

Əvvəl Qurbanov, sonra Miçel

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçından öncə mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

MediaSport.az xəbər verir ki, öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin qarşısına çıxacaq. Qonaq çalışdırıcı jurnalistlərin suallarını axşama doğru cavablandıracaq. 


12 oktyabr

13:00 "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı - Tofiq Bəhramov adına Respublika stadionu

19:00 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi) - “Azersun Arena”


12 oktyabr

17:30 “Olimpiakos”un baş məşqçisi Xose Miçelin mətbuat konfransı

18:00 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi) - Tofiq Bəhramov adına Respublika stadionu