Superliqaya vəsiqə qazanan ilk komanda məlum oldu - 11 ildən sonra
Türkiyənin “Samsunspor” futbol komandası 11 illik fasilədən sonra Super Liqaya vəsiqə qazanıb.
mediasport.az xəbər verir ki, Samsun təmsilçisi elitaya çıxmaq vəzifəsinin öhdəsindən 1-ci liqada mövsümün başa çatmasına 6 tur qalmış gəlib.
Hüseyn Əroğlunun baş məşqçilik etdiyi kollektivin Superliqaya vaxtından əvvəl çxımasına əsas izləyicisi “Eyyubspor”un hesabat turunda doğma meydanda “Gənclərbirliyi”nə 0:2 hesabıyla uduzması səbəb olub.
Qaradəniz təmsilçisi cari mövsümdə keçirdiyi 31 oyunda 19 qələbə qazanıb, 9 heç-heçə edib və 3 məğlubiyyət yaşayıb. 20 oyunluq məğlubiyyətsiz seriyaya malik komanda 66 xalla vahid liderdir.