AÇ-2024: Seçmə mərhələdə 6-cı tura 9 oyunla yekun vurulacaq
Bu gün AÇ-2024-ün seçmə qrup mərhələsində 6-cı tura yekun vurulacaq.
Mediasport.az xəbər verir ki, son oyun gündə 4 qrupda ümumilikdə 9 matç baş tutacaq.
Azərbaycan millisinin istirahət etdiyi turda F qrupunda iki görüş keçiriləcək. Üç gün əvvəl Bakıda yığmamız üzərində 1:0 hesabı ilə qalib gələn Belçika millisi Estoniyanı sınağa çəkəcək. İsveç isə final mərhələsinə vəsiqə uğrunda əsas rəqiblərdən Avstriya ilə qarşılaşacaq.
AÇ-2024. Seçmə qrup mərhələsi. 6-cı tur
A qrupu
22:45. İspaniya – Kipr
22:45. Norveç – Gürcüstan
Xal durumu: Şotlandiya – 15 xal (5 oyun), İspaniya – 6 (3), Norveç – 4 (4), Gürcüstan – 4 (4), Kipr – 0 (4).
C qrupu
22:45. İtaliya – Ukrayna
22:45. Malta – Şimali Makedoniya
Xal durumu: İngiltərə - 13 (5), Ukrayna – 7 (4), İtaliya – 4 (3), Şimali Makedoniya – 4 (4), Malta – 0 (4).
F qrupu
22:45. Belçika – Estoniya
22:45. İsveç – Avstriya
Xal durumu: Belçika – 10 (4), Avstriya – 10 (4), İsveç – 6 (4), Estoniya – 1 (4), Azərbaycan – 1 (4).
İ qrupu
22:45. İsrail – Belarus
22:45. Rumıniya – Kosovo
22:45. İsveçrə - Andorra
Xal durumu: İsveçrə - 11 (5), Rumıniya – 9 (5), İsrail – 8 (5), Belarus – 4 (5), Kosovo – 4 (5), Andorra – 2 (5).