"Fəaliyyətimizi uğurla yerinə yetirmək niyyətindəyik"
"Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı elan edilib. Qarşıdakı iki il ərzində də antidopinq sahəsində fəaliyyətimizi uğurla yerinə yetirmək niyyətindəyik".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə deyib.
Qurum rəsmisi Bakıda keçirilən "Təmiz qələbə: Olimpiya ilinə yeni baxış" adlı beynəlxalq konfransda başa çatmaqda olan il və qarşıdakı planlardan danışıb:
"Bu, 2024-cü ildə üçüncü konfransımızdır. Hazırda siyasətçiləri, elmi işçiləri, başqa ölkələrin milli antidopinq agentliklərinin nümayəndələrini bir araya yığmışıq. Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Bu iki il ərzində fəaliyyətimizi uğurla yerinə yetirmək istəyirik. 2024-cü ildə test sahəsində planı uğurla yerinə yetirmişik. Yekun rəqəmləri 2025-ci ilin yanvarında açıqlayacağıq".