Baş katib AÇ-yə ev sahibliyi edəcək ölkə rəsmilərinin toplantısında

 Baş katib AÇ-yə ev sahibliyi edəcək ölkə rəsmilərinin toplantısında

2026-cı ildə qadın voleybolçuların Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin nümayəndələri ilə görüş keçirilib.

Mediasport.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) Lüksemburqdakı qərargahında təşkil olunan görüşdə yarışa birgə ev sahibliyi edəcək dörd ölkənin - Azərbaycan, Türkiyə, Çexiya, İsveç və CEV-in rəsmiləri iştirak ediblər.

Tədbirə ölkəmiz Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov və İdarə Heyətinin üzvü Elqar Bağırovla qatılıb.

Çempionata hazırlıq çərçivəsində baş tutan ilk toplantıda yarışın təşkili ilə bağlı müzakirələr aparılıb. Görüşdə əsasən rəqabət, logistika, oyunların keçiriləcəyi məkanlara baxış, media və rəqəmsal fəaliyyətlər, marketinq və tanıtım, brendinq və digər məsələlər barədə söhbət olub.

Qeyd edək ki, 2026-cı ildə baş tutacaq yarış dörd ölkənin birgə ev sahibliyi ilə keçirilən dördüncü çempionat olacaq.