"Sabah" 22 futbolçu seçdi
“Sabah” Futbol Akademiyasının təşkilatçılığı ilə Tərtər rayonunda keçirilən seçimlərinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, seçimlər Tərtərlə yanaşı, Ağcəbədi, Zaqatala, Ağsu, Naftalan, Bərdə, Yevlax və Goranboy rayonlarını əhatə edib.
2010-2015-ci il təvəllüdlü uşaqların iştirak etdiyi seleksiyaya maraq böyük olub.
Seçimlərə 600-dən çox uşaq qatılıb, onlardan 22 nəfəri seçimlərin növbəti - Bakı mərhələsində iştirak etmək hüququ qazanıb.