Fatih Terim "Neftçi"də - İDDİA

Fatih Terim "Neftçi"də - İDDİA

Türkiyə mətbuatı Fatih Terimin “Neftçi”yə gələcəyi ilə bağlı iddia irəli sürüb.

Mediasport.az xəbər verir ki, “Akşam” nəşri onun mövsümün sonunda Azərbaycan təmsilçisinin “sükanı arxası”na keçəcəyini yazıb.

Tərəflərin mövsümün sonunda rəsmi şəkildə müqavilə imzalayacağı bildirilib.

Xatırladaq ki, "İmperator"un Adrian Mutu istefaya göndərildiyi zaman da “Neftçi”yə gələcəyi barədə xəbərlər yayılmışdı.

Terim son olaraq Yunanıstanın "Panatinaikos" klubunda çalışıb, oradan 2024-cü ilin mayında ayrılıb.