Əliyar Ağayev Niderlandın Millətlər Liqası qarşılaşmasına təyinat aldı
FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Mediasport.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək 6-cı turun Bosniya və Herseqovina - Niderland oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matçın VAR hakimləri isə Polşadan Tomaş Kviatovski və Pavel Pskit olacaq.
Noyabrın 19-da Zenitsa şəhərində yerləşən "Bilino Polje" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 23:45-də başlayacaq.