3 futbolçunun yığmadan kənarlaşdırılmasının SƏBƏBİ

3 futbolçunun yığmadan kənarlaşdırılmasının SƏBƏBİ

Xəbər verdiyimiz kimi, dünən Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək Azərbaycanın U-19 yığmasının heyətində dəyişiklik edilib.

Bu oyunlara hazırlıq məqsədilə oktyabrın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək kollektivin heyətindən Rauf Hacıyev (“Rustavi”, Gürcüstan), Nihat Mehrəliyev ("Qarabağ") və Əsəd Əsədov (“Turan Tovuz”) çıxarılıb.

Onların əvəzinə Əkbər Eyubov (“Səbail”) və İbrahim İbrahimli (“Qarabağ”) düşərgəyə qoşulub. Yoldaşlıq görüşləri oktyabrın 14-də və 16-da keçiriləcək.

Mediasport.az bu 3 futbolçunun millidən kənar qalmasının sbəbini dəqiqləşdirib. AFFA-dan saytımıza verilən məlumata görə, oyunçuların heyətdən çıxarılmalarına səbəb sənəd məsələsi olub.

Onların sənədlərində problem yarandığı üçün federasiya məcburi dəyişiklik edib.


Elvin