İsayevlə Bəxtiyar "siftə" etdi
Moldova - Azərbaycan yoldaşlıq oyunu “Sabah”ın futbolçuları üçün əlamətdar olub.
mediasport.az xəbər verir ki, komandamızın 2:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada Masazır klubunun yarımmüdafiəçisi Aleksey İsayev milli formasında ilk qolunu vurub. Müdafiəçi Bəxtiyar Həsənalızadə isə "ay-ulduzlu" formada ilk oyununu keçirib.
"Sabah"ın digər futbolçuları - Elvin Camalov, Anatoli Nuriyev və Namik Ələskərov meydana sonradan daxil olubsa, Amin Seydiyev və Ceyhun Nuriyev ehtiyatda qalıb.