"Barselona"nın prezidenti Bakıda
İspaniya nəhəngi, La Liqa təmsilçisi "Barselona" klubunun prezidenti Xuan Laporta Azərbaycana səfər edib.
Mediasport.az xəbər verir ki, klub prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Bakıya gəlib.
Laportanı hava limanında idman ictimaiyyəti və media nümayəndələri qarşılayıblar.