Fərid Qayıbov türkiyəli həmkarının müavinini qəbul edib
Gənclər və idman naziri Fərid Qayıbov Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlunu qəbul edib.
Mediasport.az xəbər verir ki, nazir iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, gənclər və idman sahələrində də əlaqələrin yüksək səviyyədə olduğunu və günbəgün daha da inkişaf etdiyini qeyd edib.
Son illərdə Azərbaycanda gənclər sahəsində görülən işlər və qazanılan uğurlar barədə qonaqlara məlumat verən F.Qayıbov ölkələr arasında əlaqələrin inkişafında gənclərin rolunun önəmli olduğunu qeyd edib.
Görüşdə Azərbaycanla Türkiyə arasında gənclər və idman sahələrində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Qəbulda nazir müavini Mariana Vasileva və Türkiyə Böyük Millət Məclisinin üzvü Rümeysa Kadak da iştirak ediblər.