Ağakişi qardaşları Avropa Kubokunun 1/8 final oyununda
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyası tərəfindən növbəti dəfə avrokubok oyununa təyinat alıblar.
Mediasport.az xəbər verir ki, referilər kişilər arasında Avropa Kubokunun 1/8 final mərhələsi çərçivəsində Bosniya və Herseqovinanın “Voqoşka” və Rumıniyanın “Minamur Baya Mare” komandaları arasında keçiriləcək cavab görüşünü idarə edəcəklər.
Görüş fevralın 18-də Voqoşka şəhərindəki “Sportska Dvorana Amel Beçkoviç” zalında keçiriləcək.
Komandalar arasında Rumıniyada baş tutan ilk dueldə rumınlar qələbə qazanıblar - 36:26.