Bakıdakı DÇ-də yenilik olacaq
Bu il Bakıda keçiriləcək taekvondo üzrə Dünya çempinatında yenilik tətbiq olunacaq.
mediasport.az xəbər verir ki, ilk dəfə böyüklər arasında mundialda idmançılar xüsusi yoxlama sistemi quraşdırılmış qoruyucu vasitələrdən istifadə edəcəklər.
Cənubi Koreyanın KPNP firmasının hazırladığı yeni məhsul zərbənin gücünü, yaxınlıq sensoru reaksiyasını və simsiz rabitə statusunu yoxlamaq funksiyası ilə təchiz olunub.
Şirkətdən bildirilib ki, bu yolla xallar daha dəqiq hesablanacaq və idmançılar daha ədalətli rəqabət mühitində mübarizə aparacaqlar.
Dünya çempionatı 29 may-4 iyun tarixlərində keçiriləcək.